Rusiyalı pediatr Zlata Kazarinova uşağın məktəbdə yoluxa biləcəyi təhlükəli xəstəliklər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ilk növbədə, söhbət viral infeksiyalardan - rotavirus, herpes virusları, entero-, adeno-, rinoviruslar, suçiçəyi və qripdən gedir. Bununla əlaqədar olaraq həkim valideynləri dərs ili başlamamış uşaqların düzgün qidalanması, idmanı və yaxşı yuxusu ilə immunitetini gücləndirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Kazarinova uşaqlara əllərini tez-tez yumağı və üzlərinə toxunmamağı tövsiyə edir. Bundan əlavə, ekspert valideynlərə imkan daxilində uşaqlarını qızılca, qrip və suçiçəyi əleyhinə peyvənd etməyi tövsiyə edir.
Xatırladaq ki, bir müddət bundan əvvəl SİA diyetoloqlara istinadən səhər yeməyi üçün təhlükəli olan qidaları sadalamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB