“Həkimlərimizi tanıyın!” rubrikamızda- Ginekoloq Təranə Bayramova
Sizlərə etibarlı, keyfiyyətli, peşəkar xidmət göstərən, yüzlərlə qadına ana sevinci bəxş edən yüksəkixtisaslı həkim, Mama-Ginekologiya şöbəsinin rəisi, t.f.d., mama-ginekoloq Təranə Bayramovanı təqdim edirik.
DR.TƏRANƏ BAYRAMOVA Mərkəzi Gömrük Hospitalında normal və patoloji hamiləlik təqibi, orqan nəqli olmuş hamilələrin təqibi, normal fizioloji və cərrahi doğuşlar, konservativ və cərrahi ginekologiya, onkoloji cərrahiyyə, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyə, laparoskopik və robotik cərrahiyyə, sonsuzluğun konservativ və cərrahi müalicəsi, inseminasiya və süni mayalanma həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-bayramova/
Təranə həkim 1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1995-2000-ci illərdə Türkiyənin paytaxtı Ankara şəhərində Başkent Universitetinin və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum kafedrasında diplomdansonrakı təhsilini davam etdirmişdir. 2012-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin II Mamalıq-Ginekologiya kafedrasında dissertant kimi çalışmışdır.
Dr.Təranə Bayramova əmək fəaliyyətinə 2000-ci ildə Türkiyənin Ankara şəhərində Gülhane Askeri Tibb Akademiyasında və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasında Mamalıq- ginekologiya şöbəsində başlamış, eyni zamanda 2000-2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda “Ana, Döl, Uşaq Sağlamlığının mühafizəsi” şöbəsində kiçik elmi işçi, həkim mama-ginekoloq, 2001-2010-cu illərdə Mərkəzi Klinik Xəstəxananın Qadın Sağlamlığı mərkəzində həkim mama-ginekoloq vəzifəsində çalışmışdır. Dr.Təranə Bayramova 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq kimi fəaliyyət göstərir.
Dr.Təranə Bayramova daim öz üzərində çalışan, dünya səhiyyəsinin ən son nailiyyətlərindən bəhrələnən bir həkimdir. 65-dən çox elmi məqalənin, 1 kitabın həmmüəllifidir. O, yerli və beynəlxalq konfranslarda, xarici ölkələrdə təşkil olunan təlimlərdə və kurslarda iştirak edərək öz təcrübəsini zənginləşdirən yüksəkixtisaslı mütəxəssisdir. 50-dən çox elmi konfransın iştirakçısıdır. Belə ki, 2000-ci ildə Türkiyənin Ankara şəhərində Kolposkopiya və LETZ və Video laparoskopik cərrahiyyə (İTEM) kursları, 2000-ci ildə Gülhane Askeri Tıp Akademisində “Diaqnostik və cərrahi histeroskopiya” kursu keçmiş, 2003 Memorial Hastanesi, Tüp Bebek Mərkəzi “Süni mayalanma üzrə təkmilləşmə” kursu, 2004-cü ildə Ankara Nümune Hastanesində “Nəzəri praktik təcrübə və amniosentez” kursu, 2010-cu ildə İstanbulda Temel Ultrasonoqrafiya kursu, 2011-ci ildə yenə orada Obstetrik acillər kursu keçmişdir.
Həmçinin Təranə həkim 2012-ci ildə Ankarada Uroginekoloji estetik cərrahiyyə və Laparoskopik histerektomiya kursu, Mamalıq Ultrasəs əsasları təlimi, 2013-cü ildə Türkiyənin Antalya şəhərində “Robotik cərrahiyyə və ve endoskopik ginekologiyada yeni texnologiyalar” təlimi, 2013-cü ildə Avstriyanın Vyana şəhərində “Mamalıq, ginekologiya və sonsuzluq mövzusunda yeniliklər” təlimi, 2014-cü ildə Türkiyənin Bursa şəhərində Laparoskopik sütür kursu, 2018-ci ildə Bakıda “Perinatologiya və ginekologiya. Mama-Ginekologiyada diaqnostikanın və müalicənin aktual problemləri” təlim kursu, 2018-ci ildə Bakıda “4-cü Azərbaycan-Türkiyə Ortaq Hepatoloji” kursu, 2018-ci ildə Türkiyənin Antalya şəhərində Qaraciyər nəqli Hepatoloji kursu, İstanbul şəhərində Ginekoloji Lazer uyğulamaları kursu keçmiş, Beynəlxalq Kosmetoloji ginekoloji konqresində iştirak etmişdir. 2019-cu ildə Türkiyənin İstanbul şəhərində 14-cü Ümumdünya Perinatal Tibb konfransı və İan Donald Ultrasəs məktəbinin təlim kursunda və 2022-ci ildə yenə orada Beynəlxalq Genital Estetik və Kosmetik Ginekologiya mövzusunda seminarda iştirak etmişdir.
Dr.Təranə Bayramova Türkiyə Ginekoloji və Mamalıq Cəmiyyətinin, Türkiyə Üreme Tibb Birliyinin, Türkiye Üreme Sağlığı ve İnfertilite Birliyinin, Türkiyə Ginekoloji Endoskopiya Birliyinin, Avropa İnsan Bərpası və Embriologiyası Cəmiyyətinin, Türkiyə Çanaq dibi Rekonstruktiv Cərrahiyyə və İnkontinans Birliyinin, Beynəlxalq Pelvikperineologiya Cəmiyyətinin üzvüdür. 2015-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb. Dr.Təranə Bayramovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB