Polşada səkkiz nəfər qeyri-müəyyən şəraitdə legionellaya yoluxaraq ölüblər. Polşanın “Polsat” telekanalının məlumatına görə, xəstəlik halları Subkarpatiyanın Rzeşov şəhəri yaxınlığında aşkarlanıb.
Bu arada SİA-nın əldə etdiyi məlumata görə, legionella bakteriyanın yaratdığı nisbətən gənc və çox təhlükəli xəstəlikdir. Qeyd edək ki, bu bakteriya təbiətdə torpaqda və su hövzələrində olur və sağlamlığa zərər vermir. Ancaq belə bir bakteriya süni su sistemlərində görünsə, bu, pnevmoniyanın ağır formasına səbəb ola bilər.
Beləliklə, Polşada həkim bu xəstəliyin xüsusiyyətlərindən danışarkən, onun şiddətli qızdırma, ümumi intoksikasiya, ağciyərlərin, mərkəzi sinir sisteminin, həzm orqanlarının zədələnməsi ilə müşahidə edildiyini bildirib.
Polşa mətbuatının verdiyi məlumata görə, bu günə qədər Rzeşovda daha 113 nəfər xəstəliyin əlamətləri ilə xəstəxanalara yerləşdirilən xəstə var.
Həkim infeksiyanın mənbəyinin nə olduğunun müəyyənləşmədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl alimlər dünyanın yeni vəba epidemiyasının astanasında olduğu barədə xəbərdarlıq etmişdilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB