Səhərlər bu qidaları əsla yeməyin - ŞƏKƏR XƏSTƏLİYİNƏ SƏBƏB OLUR
Günün ilk yeməyi olan səhər yeməyi demək olar ki, hamımızın vazkeçilməzdir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdir sevə-sevə istehlak etdiyimiz səhər yeməyi qidaları şəkər xəstəliyinə səbəb olur.
Səhər yeməyində yediyimiz zaman şəkər xəstəliyinə səbəb olan və bədənimizə zərər verən və qaçınılması lazım olan qidalar bunlardır:
Qatıq və şəkər: Bəzilərimiz səhər yeməyində şəkərli qatıq və ya qatığa dilimlənmiş meyvə və yulaf ilə daha sağlam bir səhər yeməyi yeməyi planlaşdırırıq. Ancaq səhər yeməyi üçün qatıq istehlak etsəniz, bu, mədənizdə mövcud olan laktik turşunun ölməsinə səbəb olacaq. Yəni, səhər yeməyində istehlak edilən qatıq və meyvədən əldə edəcəyiniz fayda xeyli azalacaq. Bu səbəbdən qatıq qarışıqlarını günorta yeməyinə saxlamaq daha faydalıdır.
Meyvə şirələri və şəkərli məhsullar: Çay və ya qəhvə istehlak etmək istəməyən şəxslər səhər yeməyində meyvə şirəsindən istifadə edirlər. Ancaq meyvə şirələrinin tərkibində yüksək şəkər olduğu üçün günün ilk yeməyində istehlak edildikdə bədəninizin qan şəkəri balansına zərər verir. Bu, insulin müqavimətini azaldır və mədəaltı vəzi çətin vəziyyətdə qoyur. Diabetə səbəb olacaq bu vərdişdən imtina etmək faydalı olacaq. Eyni şey şokolad və mürəbbə kimi şəkər əsaslı qidalar üçün də keçərlidir.
Banan: Daha fit bədənə sahib olmaq istəyənlərin seçimi olan qəhvə və banan cütləşməsi səhər yeməyi üçün yanlış seçim olacaq. Ac qarına yeyilən banan sizi tox saxlayan bir qida olsa da, acqarına yeyiləndə qandakı maqnezium nisbətini ciddi şəkildə artırır. Bu, gələcəkdə ürək xəstəliklərinə səbəb olan bir vəziyyətdir.
Daha sürətli və asan səhər yeməyi üçün səhər yeməyi taxıllarına üstünlük verilir. Ancaq yüksək şəkər tərkibi və qeyri-sağlam quruluşu səbəbiylə səhər yeməyi taxılları qan şəkərinin sürətlə yüksəlməsinə və birdən düşməsinə səbəb olur. Bu, gün boyu yorğun və yuxulu hiss etməyinizə səbəb olur. Daha sağlam sürətli pəhriz üçün şəkəri az olan qoz-fındıq və meyvələr istehlak edə bilərsiniz.
Un məmulatları: Un məmulatları olan mayalı qidaları səhər yeməyində qəbul etmək boş mədənizin şişməsinə səbəb olacaq və mədə problemləri ilə qarşılaşacaqsınız. Səhər yeməyində simit, xəmir və rulon kimi qidaların qəbulu həm həzm problemlərinə səbəb olur, həm də gün ərzində özünüzü halsız hiss edəcəksiniz.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB