“Uşaqlarda səpgili xəstəliklərdə artım müşahidə olunur” - HƏKİM AÇIQLADI

“Son günlərdə uşaqlarda səpgili xəstəliklərdə artım müşahidə olunur. İlk olaraq onu qeyd edim ki, səpgili xəstəliklər yuxarı tənəffüs yolu infeksiyaları zamanı rast gəlinə bilər. Buna isə enteroviruslar səbəb olur və bu səpgilər bir neçə gündən sonra keçib gedir”. Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.


Onun sözlərinə görə, digər hallarda qızılca, məxmərək, skarlatina və suçiçəyi kimi infeksion xəstəliklər də uşaqlarda səpgiyə səbəb olur: “Səpgilər temperaturdan sonra və ya eyni vaxtda rast gəlinə bilər.
İnfeksion səbəbdən əmələ gələn səpgilər yüksək yoluxuculuq qabiliyyətinə malik olub, eyni evdə yaşayan qardaş-bacılar, bağça və məktəblərdə, uşaqların sıx olduğu kollektivlərdə sürətlə yayılır.

Bəzən allergik səbəblərdən və ya qoturluq səbəbi ilə də səpgilər yarana bilir.
İstənilən halda bədənində səpgilər əmələ gələn uşaqlar mütləq həkim müayinəsində olub səbəb müəyyən edilməli, səpgilər keçənə qədər uşaq evdə istirahət edib, digər şəxslərlə əlaqədən qaçınılmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə