"Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Dərman vasitələri haqqında” Qanunun qüvvəyə minməsi idxalda və gömrük prosedurlarında sadələşməyə və bu da həm dərman preoaratlarının qeydiyyatının asanlaşdırılmasına, həm də ölkəyə qısa müddətdə gətirilməsinə səbəb olacaq. Yəni, vaxt itkisinin qarşısı alınır. Çünki davamlı şəkildə görürük ki, bəzən dərman preparatlarının bir müddətdən sonra sırf idxalla bağlı ləngimələri ucbatından qıtlıq, yaxud dərman bazarından bu dərman preparatlarının itməsi müşahidə olunurdu. Yəni, bütün bu məsələlər asanlaşacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, ikinci ən mühüm məsələ odur ki, əczaçılıq preparatlarının satışında bir qayda və nizamlılıq meydana gələcək: "Çünki bioloji aktiv maddələrin artıq dərman preparatı kimi və dərman preparatının bioloji aktiv maddə kimi bir qarışıqlıq yaratmasının qarşısı alınmışdır. Bioloji aktiv maddələrin artıq əczaçılıq müəssisələrində satılması bu qanundan sonra mümkün olmayacaq. Bu da həm əhalinin, həm də tibb sistemində çalışan mütəxəssislərin daha rahat, düzgün və reyestrə uyğun şəkildə fəaliyyət göstərməsinə səbəb olacaq.
Digər mühüm məsələ isə artıq müvafiq icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin burada rolunun tam aydınlaşdırılması və dərman preparatlarının qeydiyyatının düzənə salınmasıdır".
Müşfiq Məmmədli sözlərinə belə davam edib: "Bu qanunun qəbulundan sonra artıq daxili istehsal stiumullaşacaq. Bu da həm bizim yeni bir bilik tutumlu sahə olan dərman istehsalını sürətləndirəcək, o cümlədən gələcəkdə istehsal yönümlü əczaçılıq mütəxəssislərinin yetişməsinə, həm də bu sahədə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
Bütün atılan addımlar dərmanların həm çeşitliliyinin artmasına, həm keyfiyyətinin, həm də qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB