Yeni növ koronavirusun yeni variantı aşkarlanıb

İsraildə yeni növ koronavirusun (Covid-19) yeni variantı “BA.2.86” qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Sourasky Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasına yer verib.

Xəbərdə İsraildə aşkarlanan yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra aşkar edilən 4-cü yoluxma olduğu bildirilib.

Xəbərdə yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi qeyd edildi.

Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada adı BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" olaraq yeniləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə