İqlim böhranı səbəbindən yeni pandemiya yayıla bilər

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi internet saytındakı nəşrində 2000-2022-ci illər arasında Denge qızdırmasına yoluxanların sayının 8 dəfə artdığını bildirib.

Bu il yoluxmaların sayı demək olar ki, rekord həddə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təkcə ötən il dünyada 4 milyondan çox insan bu xəstəliyə yoluxub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu xəstəlik ilk dəfə Sudanın paytaxtı Xartumda aşkar edilib, Peruda isə qızdırma xəstəliyinin bir çox regionlarda yayılması fonunda ölkə hakimiyyəti fövqəladə vəziyyət elan etmək məcburiyyətində qalıb.

Qeyd edilir ki, 2019-cu ildə bu xəstəliyə yoluxma hallarının sayı rekord həddə çatıb.

Belə ki, 129 ölkədə 5,2 milyon nəfər yoluxub və yoluxma hallarının ümumi sayı ildən-ilə təxminən 400 milyona çata bilər.

Təşkilatın mütəxəssisləri qeyd ediblər ki, bu xəstəlik Yer kürəsində ən sürətlə yayılan tropik xəstəlik statusunu saxladığına görə pandemiyaya səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının qızdırmanın artıq yeni bölgələri də ələ keçirdiyini vurğulayıb.

Qeyd edək ki, bu, ağcaqanadlar olan Dengue vektorları üçün əlverişli yaşayış mühiti yaradan qlobal istiləşmə səbəbindən mümkündür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə