Azərbaycanda koronavirusla bağlı son vəziyyət NECƏDİR? - HƏKİM DANIŞDI
"Biz artıq Covid-19-la bağlı yoluxma hallarına digər virus infeksiyalarının yoluxma tempi və prizmasından baxmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, həkim Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Covid-19 infeksiyası davamlı şəkildə insan orqanizminə yoluxaraq mutasiyaya uğrayır və digər viruslara oxşar bir şəkildə özünü büruzə verir: "Bunun nəticəsində də insanlarla Covid-19 virusu arasında bir növ qarşılıqlı mübarizə nəticəsində adaptasiya yaranmışdır. Bunun nəticəsində də yuxarı tənəffüs yollarında baş verən xəstəliklərin tipinə oxşayır. Ona görə də biz artım tempi deyərkən bunu illər ərzində də müşahidə edəcəyik.
Soyuq havalarda, insanların sıx kontakta olduğu məkanlarda və s. digər yerlərdə bu xəstəliklərə yoluxmaq mümkündür. Mülayim havalarda isə bu kimi viruslar yox olur. Biz zamanla Covid-19 virusunun hesabatını digər respirator xəstəliklərin hesabatını apardığımız kimi aparacayıq. Yəni artıq burada yoluxmanın artıb azalması uzun müddət müşahidə olunacaq. Covid-19 virusu hər zaman aramızda olacaq ancaq bununla bağlı narahatçılığa düşmək lazım deyil. Çünki artıq insan orqanizmində immun sistemi formalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB