İsmayıllıda şəxsi münasibətlər zəminində insident baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonunun Talıstan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə hadisədə rayon sakinləri - 20, 18, 17 və 58 yaşlı şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 23 yaşlı Elşən Babayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB