Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili çaya aşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayonu Hülövlü kənd sakini Tural İskəndərov toydan qayıdarkən Ağçay çayının üzərindən keçərkən idarə etdiyi avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Qəza səbəbindən yolda uzun tıxac yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə