Oğuzda fıstıq ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğuzda fıstıq ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq ağaclarının kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə