Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahı Neftçala rayon şöbəsinin “İlhamla İrəli” təşviqat qurupu rayonun Yeniqışlaq kəndində seçicilərlə görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov çıxış edərək bildirib ki, son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib, ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb.
Rayon təşkilatının sədri qeyd edib ki, hazırda Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir: "Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. İnanırıq ki, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş bu proqramın bundan sonra da davam etdirilməsi, dövlətimizin qüdrətinin və əzəmətinin artırılması məqsədilə seçicilərimiz bu proqramı dəstəkləyəcək, növbəti 7 ildə də onun uğurla həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə layiqli namizədə - İlham Əliyevə səs verəcəklər”.
YAP Neftçala rayon təşkilatının İdarə Heyətinin üzvləri Ülvi Fərzəliyev,Telman Zahidov, Arif Nağıyev, qəsəbə sakinləri Rəna Quliyeva, Çingiz Həsənov, Tərlan Cavadov dövlət başçısı cənab İlham Əliyevi dəstəklədiklərini və “İlhamla İrəli” şüarı ilə Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB