11 aprel Azərbaycan respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Salyan rayon şöbəsinin təbliğat təşviqat qrupu 26 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd irəli sürülmüş İlham Əliyevin Salyan rayonunun Marışlı kəndində “İlhamla İrəli” təbliğatına start verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov, YAP Salyan rayon təşkilatının icra aparatının rəhbəri Mirzə Mirzəyev, Əməkdar müəllim Yaqut Ələsgərova, YAP Salyan rayon Təşkilatı İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, Təbliğat Qrupunun üzvü Rüstəm Məlikov və YAP Salyan rayon Təşkilatı Təbliğat Qrupunun üzvü Sahib Həsənov çıxış ediblər.

Natiqlər çıxışlarında İlham Əliyevin prezidentlik dönəmində bütün sahələr üzrə gördüyü işlərdən, ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin möhkəmlənməsindən və regionda aparıcı dövlət statusu qazanmasından seçicilərə ətraflı məlumatlar veriblər.

Görüşdə Marışlı kənd ağsaqalları Ağagül Abdullayev və Etiram Abasov çıxış edərək ölkəmizin bundan sonrada inkişafına, sabitliyinə, müstəqilliyinin əbədi olması üçün ulu öndər Heydər Əliyevin varisi İlham Əliyevə səs verəcəklərini bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə