Sabirabad rayonunda YAP-nın prezidentliyə namizədi Cənab İlham Əliyevin “İlhamla İrəli” şüarı ilə başlayan təbliğat-təşviqat kompaniyası davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, növbəti təşviqat rayonun Şəhriyar, Xəlfəli və Axtaçı kəndlərinin seçicilərilə keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin sədri Məleykə Ağayeva geniş və ətraflı çıxış edərək YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər ərzində xalq və dövlət üçün gördüyü xeyirli işlərdən, həyat keçirdiyi irimiqyaslı layihələrdən, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi istiqamətindəki fəaliyyətindən söhbət açıb. Əmin olduğunu bildirib ki, qədir bilən xalqımız uğurların davam etdirilməsi üçün 11 aprel prezident seçkilərində məntəqlərə gələrək Cənab İlham Əliyevə səsə verəcəklər.
Seçicilərlə görüşdə YAP Sabirabad rayon təşkilatının idarə heyətinin üzvü Böyükağa Həmidov, Afiq Ağayev, Səkinə Əliyeva, Ərzuman Babaşov ziyalılar və gənclər çıxış edərək YAP-ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.
Tədbirdə 1000 nəfərə yaxın seçici iştirak edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB