"Seçimimiz İlham Əliyevdir" FOTOLAR

Astara

Martın 26-da Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şahağacı kəndində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firuddin Əhmədov bildirib ki, Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. “Son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib”-deyə qeyd edən F.Əhmədov deyib ki, bütün bunlar bilavasitə Prezident İlham Əliyevin uğurlar əsasında formalaşdırılmış mütərəqqi siyasətinin bariz nəticəsidir: “Əlbəttə, bizlər bu siyasətin davamlı olması, növbəti 7 ildə daha böyük nailiyyətlərin əldə edilməsi üçün Cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və hər kəsi aprelin 11-də seçki məntəqələrinə gələrək, partiyamızın alternativsiz namizədinə səs verməyə çağırırıq!”

Görüşdə çıxış edən rayon ağsaqqalları Hamlet Əliyev, Mikayıl Muqabilov, Şahağacı kənd 2 saylı orta məktəbinin direktoru Sakit Mürsəlov, rayon Qadınlar şurasının üzvü Solmaz Mirzəyeva və başqaları çıxış edərək bildiriblər ki, hər bir rayon sakini, kənd sakinləri aprelin 11-də keçiriləcək prezident seçkisində fəal iştirak edəcəklər və Cənab İlham Əliyev siyasətini dəstəkləyərək, Ona səs verəcəklər.

Ucar

Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı təbliğat-təşviqat qrafiki üzrə yerlərdə seçicilərlə görüşlərini uğurla davam etdirir. Növbəti görüş 11 Aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərinə həsr edilmiş “İlhamla irəli” şüarı altında keçirilib. Açıq havada Ucar rayonu Rəstəcə kəndindəki görüş mitinqi xarakterli olub.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Azərbaycan xalqı 15 ildir ki, hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur. “Milyonlarla insanın, seçicilərin amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin”-deyə qeyd edən Ş.Abdullayeva bildirib ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd Cənab İlham Əliyevə səs verəcək.

Təbliğat qrupunun üzvüləri Alı Babayev və Rahib Rəsulov da çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyev cənablarının rəhbərliyi altında 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı möhtəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat veriblər və seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Rəstəcə kənd sakini Rafiq Məmmədzadə və Rauf Məmmədov da çıxış edərək ötən 15 ildə İlham Əliyev Cənablarının hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.

Biləsuvar

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayon Mədəniyyət mərkəzində Biləsuvar qadınları ilə keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev açaraq, qarşıdan gələn prezident seçkiləri ilə bağlı qeyd edib ki, 2003-2018-ci illər ərzində Cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü işlər göz qabağındadır. “Bütün bu illər ərzində Azərbaycan çox böyük uğurlara imza atıb”-deyə qeyd edən natiq vurğulayıb ki, ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd Cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir: “Bütün bu görülən işlərə görə əminliklə deyə bilərəm ki, biləsuvardan olan qadınlar birmənalı olaraq, Cənab İlham Əliyevə səs verəcəklər”.

Tədbirdə çıxış edən millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Xanhüseyn Kazımlı qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu bütün illər ərzində regionların inkişafı diqqət mərkəzində olub: “Ölkə rəhbəri Cənab İlham Əliyevin 15 il ərzində regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaratmışdır”.

Deputat əmin olduğunu bildirib ki, Biləsuvarlı seçicilər eyni zamanda Biləsuvar qadınları bu seçkilərdə yekdilliklə Prezident İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov çıxış edərək bildirib ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atıb. “Azərbaycan bu gün bütün dünyada multikultural və tolerant mərkəzinə çevrilib”-deyə qeyd olunub.

Çıxış edən Milli Məclisin deputatı, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üvü Mirkazım Kazımov bildib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan nəinki Zaqafqaziya regionunda eyni zamanda MDB məkanında lider dövlətə çevrilib: “Azərbaycan dövləti öz inkişaf tempinə görə bir çox böyük dövlətləri geridə qoymuşdur.Azərbaycan müdafiə qabilliyəti möhkəmlənmiş və Azərbaycan ordusu regionda ən qüdrətli orduya çevrilmişdir. Güclü Azərbaycan ordusu 2016-cı ilin aprel ayında işğal altında olan bir sıra əraziləri düşməndən azad etmişdir.Bütün bu həyata keçirilən dinamik inkişafa görə əminliklə bildirdi ki, Azərbaycan xalqı, Biləsuvar əhalisi Cənab İlham Əliyevə səs verəcəkdir”.

Çıxış edən seçicilərdən Baxçagül Əliyeva, Rəfiqə Cəfərova, Tükəz Qurbanova, Afayət Səfərova və başqaları da qeyd ediblər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə biləsuvarlı qadınlar bir nəfər kimi Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Cəbrayıl

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Cəbrayıl rayon şöbəsi təbliğat qrafikinə uyğun olaraq Müşviqabad qəsəbəsində Cəbrayıl rayonundan olan məcburi köçkün seçicilərlə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təbliğatına start verib. Qəsəbə sakinləri ilə görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev və təbliğat qrupunun üzvləri prezidentliyə namizəd Cənab İlham Əliyevin seçkiqabağı platformasını əks etdirən bukletlər paylayıblar. Cənab İlham Əliyevin son 15 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi nailiyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından bəhs edən A.Fərzəliyev aprelin 11-də hər kəsi fəal olmağa və Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar şurasının idarə heyətinin üzvü Əyyub Quliyev, eləcə də partiyanın fəalları çıxış edərək, artıq öz seçimlərini etdiklərini və İlham Heydər oğlu Əliyevə səs verəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə