Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan şəhər təşkilatının “İlhamla İrəli” təşviqat qurupu şəhər sakinlərinin iştirakı ilə geniş konsert-mitiniqi təşkil edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhər İdman kompleksinin stadionunda təşkil olunan təşviqat tədbirinə respublikanın tanınmış musiqiçiləri qatılıblar.
Təşviqat qurupunun konsert-mitinqində millət vəkilləri Hadi Rəcəbli, Arif Rəhimzadə, Azərbaycan Respublikasının Metoroloğiya İnstitutunun baş drektoru Saleh Səmədov, YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev iştirak ediblər. Millət vəkilləri Hadi Rəcəbli, Arif Rəhimzadə, YAP Şirvan təşkilatının sədir müavini Paşa Nəbiyev, Metorologiya İnistitutunun baş drektoru Saleh Səmədov çıxış edərək YAP-ın prezident seçikisində namizədi İlham Əliyevin fəaliyyətindən ətraflı danışıblar. Natiqlər seçicilərin diqqətinə çatdırıblar ki, İlham Əliyevə səs verməklə sabitliyə, inkişafa, tərəqqiyə, sosial rifaha səs vermiş olacaqlar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB