Göyçaylıların dəyişməz şüarı - “İlhamla irəli”

Göyçay rayonunda seçicilərlə görüşlər uğurla davam etdirilir. Belə ki, 11 aprel 2018 -ci ildə keciriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Göyçay rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevə dəstək məqsədi ilə rayonun Aşağı Qaraməryam kəndində seçicilərlə görüş keçirib.

Görüşlərdə təbliğat-təşviqat qrupunun üzvləri Sahib Şükürov, Zemfira Əliyeva, Rövşən Zamanov, Elçin İsmayılov, Rövşən Şərifov, Elçin Bilalov, Elnur İsmayılov, Cavid Rəhimov, Namət Şirinov çıxış edərək vurğulayıblar ki, Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Göyçay rayonunda da seçicilərin əksər çoxluğu Cənab İlham Əliyevi dəstəkləyir. “Söz yox ki, bizim seçimimiz dəyişilməzdir və əminik ki, seçicilərimiz də ötən seçkilərdə olduğu kimi, alternativsiz namizədimiz İlham Heydər oğlu Əliyevə fəallıqla və hamılıqla səs verəcəklər”-deyə qeyd edən çıxışçılar bildiriblər ki, son 15 ildə Azərbaycanın inkişafı üçün əzmlə çalışan, xalqına xidmət edən Möhtərəm İlham Əliyev cənabları xalqının sevgisini qazanıb: “Aprelin 11-də hər birimiz fəallıq göstərərək, seçki məntəqələrinə gedib, İlham Əliyevi dəstəkləyəcəyik ki, ölkəmiz, xalqımız qarşıdakı illərdə daha nəhəng uğurlara imza atsın”,

Kənd sakinləri İbişova Gülnaz, Həsənov Aqif də çıxış edərək, seçimlərinin dəyişilməz olduğunu deyiblər və bildiriblər ki, növbəti 7 ildə daha böyük nailiyyətlərin qazanılması naminə seçimləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev cənablarıdır!

Bütün xəbərlər Facebook səhifəmizdə