Cəlilabadlı seçicilərin seçimi dəyişməyib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Cəlilabad rayon şöbəsi partiyanın namizədi İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşləri davam etdirir. SİA-nın verdiyi məlumata görə, İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Xanəgah və Mikayıllı ərazilərində seçicilərlə görüşlər keçirilib. Hər iki görüşdə YAP rayon təşkilatının idarə heyətinin üzvü Baxış Mustafayev və şura üzvü Ərəstun Kərimov iştirak ediblər.

Görüşləri giriş sözü ilə rayon təşkilatı idarə heyətinin üzvü Baxış Mustafayev açaraq, Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ilə yaxın müddət ərzində bütün sahələrdə nəzərəçarpacaq nailiyyətlərə nail olunduğu, əhalinin sosial vəziyyətinin kökündən yaxşılaşdığını, ölkədə siyasi sabitliyin daha da möhkəmlənməsi, demokratiyanın inkişafı və insan azadlığına daim diqqət yetirilməsi məsələlərindən ətraflı məlumat verib və bildirib ki, müstəqil Azərbaycan məhz ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla, sürətlə irəliləyir. “Bizim hamımızda belə bir fikir təşəkkül tapıb ki, Azərbaycan xalqı cənab İlham Əliyevi çox sevir, özünün birmənalı lideri olaraq qiymətləndirir, eləcə də bütün ideyalarını dəstəkləyir və həyata keçirdiyi hər bir tədbirləri ürəkdən dəstəkləyirlər”, - deyə qeyd edən B.Mustafayev onu da qeyd edib ki, buna görə də bizim hamımızda belə bir inam vardır ki, bütün seçicilərimiz seçkilər günü məhz Cənab İlham Əliyevə səs verəcəklər. “Mən sizi seçkilərdə fəal iştirak etməyə, partiyamızın layiqli namizədinə - İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram”, - B.Mustafayev çağırış edib.

Keçirilən tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Malik Əliyev, təhsil işçiləri Yusif Heydərov və Bəylər Miriyev, hər iki kəndin sakinləri - torpaq mülkiyyətçisi Ərəstun Ağayev, Sücayət Səmədov, torpaq mülkiyyətçisi Ramiz Dadaşov, təhsil işçiləri Əlişirin Teymurov, Ramin Şükürov və başqaları Cənab İlham Əliyevin həyata keçirdiyi bütün tədbirləri ürəkdən bəyəndiklərini və 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə məhz Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.

Təbliğat-təşviqat xarakterli növbəti görüş rayonun Privolnoye kənd ərazisindəbaş tutub. Seçicilərlə görüşdə YAP rayon təşkilatı idarə heyətinin üzvü Etibar Sadığov və şura üzvü Vüqar Cavadov iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon təşkilatı idarə heyətinin üzvü Etibar Sadığov açaraq, tədbirin 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası prezident seçkiləri ilə bağlı olduğunu deyib. “Hamınıza yaxşı məlumdur ki, Cənab İlham Əliyevin 15 ilə yaxın ölkə prezidenti işlədiyi müddətdə ölkəmiz sürətlə inkişaf etmiş, onun beynəlxalq nüfuzu xeyli artmış, respublikada bütün sahələrdə mühüm islahat tədbirləri həyata keçirilmiş, əhalinin güzəranı xeyli yaxşılaşmış, paytaxt Bakıda və bütün regionlarda, eləcə də Cəlilabadda tikinti, quruculuq, abadlıq işləri geniş vüsət almış, ölkənin siması müsbətə doğru xeyli dəyişilmiş, müdəfiə qüdrətimiz nəzərəçarpacaq dərəcədə yüksəlmişdir”-deyə qeyd edən E.Sadığov vurğulayıb ki, ümumiyyətlə, Cənab İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər xalq tərəfindən yekdilliklə dəsdəklənir: “Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz rəhbərini sevir və onun ətrafında getdikcə daha sıx birləşirlər. Buna görə də mən bu gün sizlərə çağırış edir və seçkilər günü daha fəal olmağa, seçkilərdə yaxından iştirak etməyə və məhz cənab İlham Əliyevə səs verməyə çağırıram”.

Privolnoye kəndində keçirilən tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Əliyar Səlimov, təhsil işçiləri Həsən Həsənov, Azər Rüstəmov və Camal Babayev, tibb işçisi Zivər Əliyeva, torpaq mülkiyyətçisi Ələsgər İmanov və başqaları ölkə rəhbəri Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirmiş, seçkilər günü yekdilliklə məhz cənab İlham Əliyevə səs verəcəklərini bəyan etmişlər. “Dəyişilməz seçimimiz bəllidir – Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyev!”

Bütün xəbərlər Facebook səhifəmizdə