İmişli seçicililəri davamlı inkişafa səs verəcəklər

İmişli rayonunda YAP-nın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası davam edir. Növbəti tədbir rayonun Yalavac, Rəsullu, Məhəmmədli və Xoşçobanlı, Murğuzallı kəndlərinin seçicilərilə keçirilib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsinin Səfa Ağayev geniş və ətraflı çıxış edərək, YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər ərzində xalq və dövlət üçün gördüyü xeyirli işlərdən, həyat keçirdiyi iri miqyaslı layihələrdən, Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi istiqamətindəki fəaliyyətindən söhbət açdı. Əmin olduğunu bildirdi ki, qədir bilən xalqımız uğurların davam etdirilməsi üçün 11 aprel prezident seçkilərində məntəqlərə gələrək Cənab İlham Əliyevə səsə verəcəklər.

Seçucilərlə görüşdə YAP İmişli rayon təşkilatının idarə heyətinin üzvü Güloğlan Xudiyev, Şura üzvü Həsən Hüseynov, İmişli rayon "Xalq sözü" qəzetinin baş redaktoru Səməd İsmayılov, kənd ağsaqqallarından Yusiv Mösümov , Xalıq Əliuyev, Baxşəli Nuruşov ziyalılar və gənclər çıxış edərək YAP-ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə