Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonun Topalhəsənli, Atakişili kəndlərində, həmçinin rayon Mədəniyyət Evində rayon ağsaqqalları və gəncləri ilə görüşlər keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşlərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir.
A.Kərimli əmin olduğunu bildirib ki, bütün bu və digər uğurlara görə, müdrik xalqımız mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər.
Tədbirlərdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək bildiriblər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik. İllərdir bu yol bizi qələbələrə, yeni uğurlara, yeni nailiyyətlərə aparır. Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik . Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ, qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
Seçicilərdən Bəhram Dünyamalıyev, Neman Nuriyev, Əvəz Həsənov, rayon ağsaqqallarından Ayyət Nəsirov, Hacı Füzuli, Abduləziz Hüseynov, Novruz Umudov, gənclərdən Məhəmməd Heydərli çıxış edərək vurğulayıblar ki, hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndə Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verəcəyik. Bununla da bir daha işıqlı aydın gələcəyə, sabitliyə, əmin-amanlığa, dinamik inkişafa səs vermiş olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB