DİM-də TOEFL imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində yanvarın 14-də TOEFL imtahanı keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan DİM‑in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 5 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2017-ci il fevralın 18-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və fevralın 13-ə qədər davam edəcək. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://tqdk.gov.az/exam/toefl/

Bütün xəbərlər Facebook səhifəmizdə