“İnnovativ təlim metodları və texnologiyaların tezaurusu” adlı kitabın təqdimatı olub

"XXI əsr Təhsil Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "İnnovativ təlim metodları və texnologiyaların tezaurusunun yazılması" layihəsi çərçivəsində hazırladığı "İnnovativ təlim metodları və texnologiyaların tezaurusu" adlı kitabın təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, mərkəzinin sədri Etibar Əliyev bildirib ki, innovativ təlim metodları və texnologiyaların tezaurusunun yazılması Azərbaycan təhsili üçün yenilikdir: "Bu işin spesifikliyi 2 əsas məqsədi, birinci, əsas innovativ təlim metodları və teznologiyaların mühüm anlayışlarının vahid məntiqi ardıcıllığının kiçik məqalələr şəklində verilməsi, ikincisi, orta məktəbdə çalışan müəllimlər və gələcəkdə müəllim olmaq istəyənlər üçün vəsaitin hazırlanmasını özündə birləşdirir".

E.Əliyev deyib ki, kitabda bütün dövrlərdə təhsilin inkişafına təkan verən ideyalar sistemləşdirilmiş, onların innovativ təlim metodları vətexnologiyaların formalaşdırılmasında rolu göstərilib: "Vəsaitdə həmçinin məktəb tədqiqatlarına da geniş yer verilmiş və informasiya cəmiyyətinin məhsulu olan 11 təhsil texnologiyasının tezaurusu tərtib edilib. Eyni zamanda kitabda innovativ pedaqoji texnologiyaların qısa lüğəti də tərtib edilib"

Daha sonra tədbir iştirakçıların kitab haqqında fikirlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə