Təhsil naziri Mikayıl Cabbarovun 5 may 2014-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları 19 may 2014-cü il tarixində saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində qəbul edəcək.
Qeyd edək ki, 29, 30 aprel və 1, 2 may 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə 5 may 2014-cü il tarixli qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 19 may 2014-cü il tarixində qəbul ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB