Bu gün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etmək üçün 24560 bakalavr elektron ərizəsini təsdiq edib ki, bunların da 21873 nəfəri Azərbaycan, 2687 nəfəri isə rus bölməsinin payına düşür.
Xatırladıq ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də keçiriləcək. Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 1- dək TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqi"ni çap etməlidirlər. İmtahana gələrkən "İmtahana buraxılış vərəqi"ni və şəxsiyyət vəsiqəsinin əslini gətirməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB