"Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə anonim zəng edənlərin şikayətinə baxılmır"
"Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə anonim zəng edənlərin şikayətinə baxılmır". SİA-xəbərinə görə, bunu Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinin müdiri Yaşar Zeynalov deyib.
Onun sözlərinə görə, anonim zənglərin heç birinin nəticələri araşdırılmayacaq: "İnsanlar mümkün qədər özlərini təqdim etməlidirlər ki, biz də onların şikayətlərini araşdıraq. Anonim zəng edən, bəlkə yanlış informasiya verir, yaxud da kiməsə böhtan atır?! Biz mümkün qədər anonim zəng edənlərin adlarını və özləri barəsindəki məlumatları öyrənməyə çalışacağıq".
Yaşar Zeynalov vətəndaşların qəbulu üçün elektron qeydiyyat mərkəzinin də yaradıldığını qeyd edib: "İnsanlar 146 nömrəsinə zəng vurmaqla öz şikayətlərini bildirə bilərlər. Bununla yanaşı, yeni yaradılan Vətəndaşların Qəbulu Mərkəzində qeydiyyatdan keçərək şikayət etmək də mümkündür. Bütün zənglər qeydiyyata alınır. Əgər vətəndaş anonim zəng edibsə ona bildirilir ki, müvafiq qanuna uyğun olaraq, anonim zənglər qeydiyyata alınmayacaq. Siz rəsmi şəkildə şikayətinizə baxılmasını istəyirsinizsə, onda adınızı və soyadınızı təqdim etməlisiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB