Rezidenturaya əlavə qəbul başa çatdı

Rezidenturaya əlavə qəbul başa çatdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rezidenturaya keçirilən müsabiqənin nəticələrinə əsasən boş qalmış plan yerləri üzrə sentyabrın 25-də yenidən elan etdiyi müsabiqə başa çatıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə rezidenturanın I istiqaməti (Müalicə işi, pediatriya) üzrə plan yerləri boş qalmış 14 yer üzrə elan edilib. Həmin yerlər Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası və Naxçıvan Dövlət Universitetindədir.

Müsabiqədə imtahanda topladığı ümumi balı 70-130 intervalında olan namizədlər iştirak etmək hüququna malikdirlər. Müsabiqənin nəticələrinin sabah açıqlanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə