Ankarada keçirilən “Türk Dünyası Yayıncılıq Konqresi”ndə üç gün davam edən müzakirələrdən sonra mənim üçün bir məqam tam aydın oldu: biz artıq ideyaları deyil, sistemləri müzakirə etməliyik. Çünki Türk dünyasında nəşriyyat sahəsi uzun illərdir niyyətlər, təşəbbüslər və fərdi uğurlar üzərində dayanır. Amma bu yanaşmanın artıq yetərli olmadığı açıq şəkildə görünür.
Əslində bu istiqamətdə ilk addımlar daha əvvəl atılmışdı. 2022-ci ilin oktyabrında mənim və Türkiyəli naşir dostum Mustafa Karagüllüoğlunun təşəbbüsü ilə Turan Naşirlər Birliyi qurulmuş, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan naşirlərinin iştirakı ilə təsis konfransı keçirilmişdi. Hətta birliyə sədr olaraq Rafiq İsmayılov seçilmişdi. Düzdür, bu təşəbbüs sonradan tam institusionallaşa bilmədi, lakin müəyyən fəaliyyətlər həyata keçirildi və bu ideyanın real ehtiyacdan doğduğu artıq o zaman da hiss olunurdu.
Bu gün isə proses yeni və daha ciddi mərhələyə qədəm qoyur. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 27–29 mart tarixlərində Ankarada keçirilən I Türk Dünyası Yayıncılıq Konqresi bu istiqamətdə ciddi dönüş nöqtəsi oldu. Üç gün davam edən konqresdə idarəetmə, ortaq dil və əlifba, tərcümə, müəllif hüquqları və ədəbi əlaqələr üzrə komissiyalarda geniş müzakirələr aparıldı. Türk dövlətlərinin həm rəsmi nümayəndələri, həm də qeyri-hökumət təşkilatları bu prosesdə aktiv iştirak etdi. Qəbul olunan qərarların yazılı şəkildə sistemləşdirilməsi isə bu təşəbbüsün artıq ideya səviyyəsindən çıxaraq strukturlaşma mərhələsinə keçdiyini göstərir.
Bu gün nəşriyyatçılıq sadəcə kitab çap etmək deyil. Bu, ortaq yaddaşın qorunması, dilin yaşadılması, mədəniyyətin gələcəyə ötürülməsi və eyni zamanda ciddi iqtisadi sektorun formalaşdırılması deməkdir. Lakin reallıq budur ki, Türk dünyasında bu sahə hələ də parçalanmış vəziyyətdədir. Əlaqələr epizodik xarakter daşıyır, əməkdaşlıqlar isə çox vaxt şəxsi təşəbbüslərdən asılıdır. Türkiyə istisna olmaqla, bir çox türk dövlətlərində nəşriyyat sektoru hələ də istənilən səviyyəyə çatmayıb, bəzi ölkələrdə isə hətta beynəlxalq kitab sərgiləri belə müntəzəm keçirilmir.
Müzakirələr zamanı ortaya çıxan əsas problemlərdən biri koordinasiyasızlıq idi. Aydın oldu ki, Türk dünyasında nəşriyyatları sadəcə təmsil edən deyil, onları koordinasiya edən və istiqamətləndirən bir struktur qurulmalıdır. Bu struktur formal birlik deyil, işləyən mexanizm olmalıdır, real layihələr həyata keçirməli, məlumatları toplamalı və təhlil etməli, ölkələr arasında davamlı əlaqəni təmin etməlidir.
Digər kritik məsələ müəllif hüquqlarıdır. Açıq demək lazımdır ki, bu sahədə sistemlilik zəifdir. Türkiyə müəyyən təcrübə toplasa da, digər ölkələr ciddi geridədir. Halbuki dünya nəşriyyat bazarında əsas gəlir mənbələrindən biri müəllif hüquqlarının beynəlxalq dövriyyəsidir. Bu gün isə çox nadir hallarda bir Azərbaycan müəllifinin əsəri xarici nəşriyyata satılır və bundan sistemli gəlir əldə olunur.
Konqresdə bu problemlərin həlli üçün bir sıra konkret təkliflər irəli sürüldü:
Bu addımlar atılmasa, biz kitab istehsal edən, amma dəyər yaratmayan bir sektor olaraq qalacağıq. Bu gün türk xalqları bir-birinin ədəbiyyatını əsasən klassiklər vasitəsilə tanıyır. Məsələn, Qırğız ədəbiyyatı deyəndə ilk yada düşən ad Çingiz Aytmatovdur. Bu isə müasir ədəbi dövriyyənin zəifliyinin açıq göstəricisidir.
Digər tərəfdən, nəşriyyat sahəsi yalnız yazıçılardan ibarət deyil. Bu sahənin arxasında redaktorlar, tərcüməçilər, illüstratorlar, dizaynerlər kimi görünməyən peşə sahibləri dayanır. Müasir dövrdə isə buna kitab marketoloqları, rəqəmsal nəşriyyat mütəxəssisləri və satış menecerləri də əlavə olunur. Bu baxımdan ortaq mütəxəssis şəbəkəsinin qurulması, rəqəmsal platformalar vasitəsilə resurs mübadiləsi və birgə təlim proqramlarının təşkili olduqca vacibdir.
Praktiki problemlərdən biri də logistika və gömrük baryerləridir. Bu gün bir kitabı bir ölkədən digərinə göndərmək bəzən onun dəyərindən daha baha başa gəlir. Bu isə vahid kitab bazarının formalaşmasına ciddi maneə yaradır. Ona görə də:
Bununla yanaşı, nəşriyyatçılığın qarşısında yeni çağırış, süni intellekt dayanır. Bu texnologiya imkanlar açsa da, dilin səthiləşməsi riskini də artırır. Ona görə də əsas prinsip aydın olmalıdır: dil qorunmalı, ortaq məzmun bazası formalaşdırılmalı və texnologiya bu bazaya əsaslanaraq inkişaf etməlidir. Yəni texnologiya dili yox, dil texnologiyanı yönləndirməlidir.
Bütün bu reallıqlar bir həqiqəti göstərir: Türk dünyası nəşriyyatçılığı artıq romantik çağırışlar mərhələsini keçməlidir. “Birlik yaradaq”, “əməkdaşlıq edək” kimi ifadələr kifayət deyil. Bu ideyaların arxasında konkret institutlar, mexanizmlər və davamlı sistemlər dayanmalıdır.
Məhz bu səbəbdən Türk Dünyası Naşirlər Birliyinin yaradılması arzu yox, zərurətdir. Bu birlik ortaq mədəni məkanın formalaşmasının institusional dayağına çevrilməlidir. Dövlət və özəl sektor bu təşəbbüsü strateji prioritet kimi dəstəkləməlidir.
Çünki ortaq dil və əlifba ideyasının real inkişaf sahəsi məhz kitabdır. Dilin standartlaşması, terminologiyanın formalaşması və düşüncə birliyinin yaranması yazılı mədəniyyət üzərindən baş verir. Kitab yalnız informasiya vasitəsi deyil - o, ortaq yaddaşın qurucusudur.
Bu gün biz eyni mədəniyyətin daşıyıcıları olsaq da, bir-birimizi yetərincə oxumuruq. Bu isə sadəcə mədəni boşluq deyil, strateji boşluqdur. Türk Dünyası Naşirlər Birliyi bu boşluğu doldura bilər:
Tarix də göstərir ki, mədəni inteqrasiya olmadan nə iqtisadi, nə də siyasi birliklər davamlı ola bilər. Əvvəl mədəniyyətlər qovuşur, sonra sistemlər qurulur.
Əgər biz sabah ortaq iqtisadi məkan və güclü əməkdaşlıq istəyiriksə, bu gün kitab üzərindən ortaq düşüncə məkanı qurmalıyıq.
Ankara görüşü bir daha göstərdi ki, bu ehtiyac artıq yetişib. Bu, sadəcə ideya deyil, zamanın tələbidir. Və əminəm ki, bu birlik qurulduğu gün, İsmayıl Qaspıralının, Ziya Göyalpın, Hüseyn Cavidin, Əlibəy Hüseynzadənin ruhu bir daha şad olacaq.
ANAİB idarə heyəti Sədri dos. Şəmil Sadiq
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 16:05Azərbaycan Çinlə enerji tərəfdaşlığının inkişaf perspektivini müzakirə edib
İqtisadiyyat 15:2526 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür - ARAŞDIRMA
Mədəniyyət 13:54Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Sosial 12:17Elmira Şabanova kimdir? – Xalq artistinin həyat və yaradıcılıq yolu
Mədəniyyət 11:32Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:00Dağlıq ərazilərə qar yağıb
Hadisə 10:55“Azərişıq” Salyanda fermer və sahibkarlarla görüş təşkil edib
İqtisadiyyat 10:53Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib
İqtisadiyyat 10:36Azərbaycan nefti 100 dollardan baha satılır
İqtisadiyyat 10:04Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:04Bu ölkə prezidenti gələn il Azərbaycana gəlir
Siyasət 02:02Yevlaxda dəhşətli YOL QƏZASI - ölü və yaralı var
Hadisə 01:03Qaradağda palçıq vulkanı püskürüb - MƏLUMAT
Sosial 00:03"Sabah" "Barselona"ya uduzdu - YENİLƏNİB
İdman 25 Noyabr 23:39"Zelenski ilə heç kim danışıqlar aparmır" - Moskvadan AÇIQLAMA
Dünya 25 Noyabr 23:22Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb
Siyasət 25 Noyabr 23:03Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 25 Noyabr 22:31Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olacaq -AÇIQLAMA
Dünya 25 Noyabr 22:19Yevlaxda orta məktəbdə tüstülənmə olub
Hadisə 25 Noyabr 22:02Toyota idman avtomobillərinə yeni bir həyat verir…
Texnologiya 25 Noyabr 21:52GTA elm adamlarına Los-Ancelesin gələcəyini öyrənməyə kömək etdi
Texnologiya 25 Noyabr 21:26Filosof ölümsüzlük mifini dağıtdı...
Sosial 25 Noyabr 21:07"Sabah" - "Barselona": Heyətlər
İdman 25 Noyabr 21:00ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul edib
Dünya 25 Noyabr 20:53Rəqəmlər təsiredicidir...
Rəy 25 Noyabr 20:49Belarus BMT-nin borc siyahısına əlavə edilib...
Dünya 25 Noyabr 20:27FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirəcək
Sosial 25 Noyabr 20:18ABŞ Konqresmenləri Putinin Mayamiyə gəlməsini istəmirlər...
Dünya 25 Noyabr 20:05Ukraynaya qarşı müharibə artıq Rusiyaya 852 milyard dollara başa gəlib...
Dünya 25 Noyabr 19:48Kəlbəcər: Zəfərin təntənəsi, dirçəlişin və Böyük Qayıdışın ünvanı
Siyasət 25 Noyabr 19:4325 Noyabr – Kəlbəcər Şəhəri Günü: Tarixi Zəfərin və milli qürurun təcəssümü
Siyasət 25 Noyabr 19:36Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Sosial 25 Noyabr 19:3310 il əvvəl belə bir xəbəri təsəvvür edə bilərdinizmi?
Rəy 25 Noyabr 19:27Xalq artisti Elmira Şabanova vəfat edib
Mədəniyyət 25 Noyabr 19:14Kreml tələdə: Ukraynalılar Xarkov bölgəsində rusları necə məğlub etdi...
Rəy 25 Noyabr 19:04Merkelin əri real həyatı haqqında danışıb…
Dünya 25 Noyabr 18:51Ərdoğan Xəlifə Həftərlə görüşüb
Dünya 25 Noyabr 18:35Krımda sakinlərə təcili olaraq ərzaq ehtiyatı toplamaq tövsiyə olunur...
Dünya 25 Noyabr 18:27Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Sosial 25 Noyabr 18:12ISW: Ukrayna ordusunun zərbələri Putini çətin vəziyyətə salıb...
Dünya 25 Noyabr 18:04Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sosial 25 Noyabr 17:57"OPEC+" formatının iştirakçıları bazar günü iclas keçirəcək...
İqtisadiyyat 25 Noyabr 17:48Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub
Sosial 25 Noyabr 17:35“Sabah” “Barselona”ya qarşı tarixi oyuna çıxır - YENİLƏNİR
İdman 25 Noyabr 17:22Kreml: Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir
Dünya 25 Noyabr 17:19Soyuq hava hipertoniya xəstələri üçün hansı riskləri yaradır? - HƏKİM AÇIQLADI
Səhiyyə 25 Noyabr 17:07Səfirin qovulması Rusiya ilə müharibə riski yaradır..?
Dünya 25 Noyabr 16:32Kreml müharibədəki itkiləri ilə bağlı sualı cavablandırıb...
Dünya 25 Noyabr 16:23Psixoloq tanışlıq saytlarının əsas tələlərini adlandırıb...
Sosial 25 Noyabr 16:17Tarixi Zəfər Cənubi Qafqazda yeni reallıqlar yaradıb - ŞƏRH
Siyasət 25 Noyabr 16:15Burada əsas məsələ avtobusların xüsusi zolaqlarla hərəkət etməsi və... - EKSPERT
Sosial 25 Noyabr 16:14Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8631
+0,13%
-
GBP
2,2271
+0,09%
-
RUB
2,0562
-0,76%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



