Faktiki yaşayış rayonuna uyğun olaraq MİQ üzrə vakansiya seçiminə start verilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrəvakansiya seçimi mərhələsinə başlanılıb. Bu barədə SİA-ya İnsan Reursları Məkərindən məlumat verilib.
Bildirilib ki, namizədlər 31 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi 4 avqust saat 11:00-dək davam edəcək.
Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə