I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29693 abituriyentdən (I qrup üzrə 24059 nəfər, IV qrup üzrə 5634 nəfər) 897 nəfər (I qrup üzrə 726 nəfər, IV qrup üzrə 171 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 4536 abituriyentdən 1231 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Məmmədov Əbülhəsən Brilyant oğlu göstərib. Əlili Müşfiq Aqil oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. Məmmədov Əbülhəsən Brilyant oğlu isə imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızı göstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Abdullayeva Məryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, Ağaməmmədova Zeynəb Zaur qızı isə 286.7 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00-dan 27 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
• Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
• Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xəbər lenti
Rusiya niyə qəsdən valyutasını zəiflədir?
İqtisadiyyat 20:06Keniyada qarışqalar üçün əsl həyəcan var...
Dünya 19:51Bu ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
İqtisadiyyat 19:35Ruslar üçün üç sual...
Dünya 19:27Putinin dostu Ozon şirkətinin həmtəsisçisi olduğu ortaya çıxır...
İqtisadiyyat 18:49Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
Sosial 18:35Kreml artıq qələbəyə inanmır...
Dünya 18:25Konfrans Liqasının püşkü atılıb
İdman 18:25Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib
Təhsil 17:48Bu ölkədə könüllü evtanaziya qanuniləşdirilib
Dünya 16:33Kəlbəcərə dolu yağıb
Hadisə 16:01İspaniyada unikal soyğunçuluq - 4 dəqiqəyə...
Hadisə 14:39Putin nəyə hazırlaşır?
Dünya 14:36Sabah 36 dərəcə isti gözlənilir
Sosial 14:34MKİ direktoru rusiyalıları məlumatlandırdı
Dünya 14:33Meloni rekord qırır
Siyasət 14:31Tramp İran memorandumunu rədd etdi
Dünya 14:26“Uşaqlara qayğı gələcəyə qayğıdır“ -DEPUTAT DANIŞDI
Siyasət 13:22Norveç Kralı vəfat edib
Dünya 12:49Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb
Təhsil 12:05ADY: Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpasına başlanılıb
İqtisadiyyat 12:01“Türk dünyasında Ortaq Dəhliz və yeni iqtisadi memarlıq”
Siyasət 11:59“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 10:21DİN xəbərdarlıq edir TƏHLÜKƏ VAR
Sosial 10:11Soçidə azərbaycanlı kriminal avtoriitet ölüb
Hadisə 04:06"Qarabağ"dan növbəti TRANSFER
İdman 03:05Laçında vəzifəli şəxs qardaşının evində vəfat edib
Hadisə 01:20Tramp indi də bu okeanların adını dəyişəcək..
Dünya 01:03Azərbaycanlı dənizçinin meyiti tapıldı
Sosial 00:03Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq
Təhsil 27 Avqust 23:31Avropa iqtisadiyyatı təhdidlə üz-üzədir - XƏBƏRDARLIQ
Dünya 27 Avqust 23:19Britaniyalılar ŞOKDA - hava limanlarına kiberhücum!
Dünya 27 Avqust 23:03Tunisdə miqrantları daşıyan qayıq aşıb, 14 nəfər ölüb
Dünya 27 Avqust 22:31Azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub - TƏCİLİ
Sosial 27 Avqust 22:19"Sabah"ın rəqibləri açıqlandı - "Barselona", "Mançester Yunayted", "Arsenal"...
İdman 27 Avqust 22:02Tozsoran şirkəti Bugatti-ni məğlub edə bilmədi...
Texnologiya 27 Avqust 21:48Soyuq duş həmişə faydalı olmur...
Səhiyyə 27 Avqust 21:29BMW F30 Azərbaycana gətirildi: Xüsusi sifarişlə hazırlanan nadir model Tural Usta Tural Kərimli
Texnologiya 27 Avqust 21:08Bir don - bir neçə görünüş: mócko funksional bir drop təqdim etdi…
Dəb 27 Avqust 21:07Səbəbsiz burun qanaması...
Səhiyyə 27 Avqust 20:51Qətərin Baş naziri Məsud Pezeşkianla görüşüb
Dünya 27 Avqust 20:35Polşa ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir
Dünya 27 Avqust 20:34Kremlin planında açıq bir çat...
Dünya 27 Avqust 20:28Daily Express: Putin NATO-nun şərq cinahı ilə bağlı çox yanılır...
Dünya 27 Avqust 20:06“Qarabağ”-“Tvente” matçı 15 dəqiqə gec başlayacaq
İdman 27 Avqust 19:55Kremlin qara qu quşları...
Dünya 27 Avqust 19:48Putin SSRİ-nin ölümcül səhvini təkrarlayır...
Dünya 27 Avqust 19:25Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sosial 27 Avqust 19:18Hövsanda açıq ərazidə yanğın başlayıb
Hadisə 27 Avqust 19:14Əsir moskovitlər tərəfindən necə aldadıldığını danışıb...
Dünya 27 Avqust 19:06İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib
Dünya 27 Avqust 18:56“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”
İqtisadiyyat 27 Avqust 18:49Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
Dünya 27 Avqust 18:36WSJ: Çin Rusiyaya “Qeran” raketlərinin yaradılmasında kömək edib...
Dünya 27 Avqust 18:27“Bu, bizim ömrümüzdə baş verməyəcək...”
Dünya 27 Avqust 18:05SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
İqtisadiyyat 27 Avqust 18:01Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb
Hadisə 27 Avqust 17:57“Barselona” Livakoviçi heyətinə qatdı
İdman 27 Avqust 17:48Gürcüstan nümayəndə heyəti ilə dini sahədə əməkdaşlıq müzakirə olunub
Sosial 27 Avqust 17:44Nepalda daşqınlardan sonra iki rusiyalı xilas edilib...
Dünya 27 Avqust 17:41Hansı qidaları evdə hazırlamaq olmaz? - EKSPERT AÇIQLADI
Səhiyyə 27 Avqust 17:20Azərbaycanda kreditləşmədə hansı istiqamət üstünlük təşkil edir? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 27 Avqust 17:05Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
Dünya 27 Avqust 17:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9797
-0,09%
-
GBP
2,3100
0,00%
-
RUB
1,9710
-2,50%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



