Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub

“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib. SİA xəbər verir ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektorda çalışır.

Qeyd edək ki, müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

Beşinci mövsümün qaliblərinin adlarını təqdim edirik:
1. Ələsgərov Kamran Tahir oğlu
2. Mustafayev Fərid Vüsal oğlu
3. Sadıxlı Kamran Tahir oğlu
4. Məmmədov İbrahim Allahverdi oğlu
5. Balacanov Məmməd Şahrəddin oğlu
6. Həsənov Məmməd İslam oğlu
7. Daşdiyev Qoşqar Ramiz oğlu
8. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu
9. Kərimli Əli İdrak oğlu
10. Mirzəzadə Elnur Ceyhun oğlu
11. Nağıyev Orxan Mayıl oğlu
12. Hüseynov Numrəddin İlham oğlu
13. Hüseynli Mirqəni Mir Kamal oğlu
14. Ağayev Əliağa Əlifağa oğlu
15. Hüseynzadə Ramil Mahmud oğlu
16. Xəlilov Toğrul Mehman oğlu
17. Eyyub Fatimə Elçin qızı
18. Məmmədli Elnur Yasin oğlu
19. Hüseynov Fərid Şahin oğlu
20. Əsgərxanlı İrşad Natiq oğlu

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə