Neftin 88 dollar aşağı düşməsi ölkə iqtisadiyyatına necə təsir edir? - İQTİSADÇI-EKSPERT DANIŞDI
“Neftin qiymətinin 88 və ya 85 dollara düşməsi müəyyən zaman intervalında eniş-yoxuşların və ya dalğalanmaların baş verməsi normal bir haldır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, burada hər hansısa bir ciddi narahatçılıq yoxdur: “Nəzərə almaq lazımdır ki, Azərbaycan nefti büdcədən götürülmüş səviyyəsindən 50 faiz daha baha satılır. Ona görə də hər hansısa bir təşvişə ehtiyac yoxdur. Digər tərəfdən isə bu il üzrə ortalama neft qiymətlərinin həddi təxminən 90 dollar ətrafında formalaşacaqdır. Yəni 80-90 dollar intervalında dəyişmələrin daha tez-tez şahidi olacağıq. Ümumilikdə isə neftin qiymətinin hətta 80 dollara belə düşməsi insanlarda narahatçılıq yaratmamalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB