Şair-publisist Əkbər Qoşalının yeni şeirlər kitabı çap olunub. SİA-nın məlumatına görə, kitab “Ürək daşı” adlanır. Kitabın redaktoru, filologiya elmləri doktoru Almaz Ülvidür. “Ön söz”ün müəllifi şair İbrahim İlyaslı, rəssam Atabəy Tikantəpəlidir.
Əkbər Qoşalı bildirib ki, "Ürək daşı" kitabı 12 illik yaradıcılıq fasiləsindən sonra işıq üzü görüb. Şeirlər toplusu “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı altı bölmədən ibarətdir.
Məlumat üçün bildirək ki, kitab fevralın 9-da, Gəncliyə Yardım Fondunda oxuculara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB