Amerikalı rəssamın portreti 57,3 milyon dallara satılıb

Amerikalı rəssamın portreti 57,3 milyon dallara satılıb

Məşhur amerikalı rəssam Jan Mişel Baskiyanın müəllifi olduğu rəsm əsəri 57,3 milyon dollara satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Christies" hərracında satılan əsər 1982-ci ildə yaradılıb. Əslində, avtoportretin maksimum 40 milyon dallara satılacağı düşünülüb. Nəticədə, rəssamın ən bahalı əsəri olaraq, tarixə düşüb.

Qeyd edək ki, Jan Mişel Baskiya evlərin divarlarına rəsmlər çəkməklə, həmçinin, küçə rəssamlığını sərgilərdə tanıtmaqla məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə