Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Dağıstanın teatr rejissoru, əməkdar artist Yaqut Xandadaşovanın quruluşunda "Hicran" tamaşasının hazırlanması nəzərdə tutulub. SİA-nın verdiyi xəbərə görə, eyni zamanda, teatrda uzun müddət ikinci rejissor işləmiş Hörmət Aslanova da yeni bir tamaşanın quruluşu həvalə olunub. Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun sözlərinə görə, gələcəkdə də Dərbənd Azərbaycan Dövlət Dram Teatrında gənc sənətçilərə özlərini sınamaq, yaradıcı potensialını isbatlamaq üçün şərait yaradılacaq. Baş rejissor həmçinin, bildirib ki, yaxın gələcəkdə teatr klassik Azərbaycan dramaturgiyası nümunələri ilə yanaşı, müasir dramaturqların əsərlərinə də müraciət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB