“Mənim günahım” yenidən səhnədə

“Mənim günahım” yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda "Mənim günahım" tamaşası təqdim olunacaq. SİA-nın verdiyi xəbərə görə, yanvarın 17-də gerçəkləşəcək olan tamaşa xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşada qəhrəmanları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Günel İmanova, Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları ifa edəcəklər.

Qeyd edək ki, ilk dəfə 1967-ci ildə rejissor Əşrəf Quliyevin quruluşunda tamaşaya qoyulan iki hissəli səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə