Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası növbəti dəfə tamaşaçılara təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsərində Gülçöhrə obrazını ilk dəfə teatrın solisti, Xalq Artisti Fidan Hacıyeva canlandırıb. Onun Gülçöhrə obrazının bütün ariyalarını qüsursuz ifa etməsi və bütün mizanları yerli-yerində icra etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi tamaşada əsas rolları Xalq Artisti Gülyaz Məmmədova, əməkdar artistlər Fərid Əliyev, Gülüstan Əliyeva, Yadigar Muradov və başqaları ifa ediblər.
Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş "Arşın mal alan" artıq 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır. Qeyd edək ki, F.Hacıyeva milli və klassik opera tamaşalarından olan "Sevil", "Koroğlu", "Karmen", "Sevilya bərbəri", "Aida", "Arşın mal alan" tamaşalarında aparici partiyaları ifa edib.
Qeyd edək ki, bir sıra xarici qonaqların da qatıldıqları tamaşa qəlbləri fəth edib, teatrsevərlərin gurultulu və sürəkli alqışları ilə qarşılanıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB