Xəbər verdiyimiz kimi, məşhur polşalı teatr və kino xadimi, rejissor Kşiştof Zanussi Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə "Qadın oyunları" tamaşasını hazırlanıb. SİA-nın məlumatına görə, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində tamaşanın premyerası olub.
Kşiştof Zanussi və Edvard Jebrovskinin pyesi əsasında hazırlanmış tamaşanın prodüserləri Aqil M.Quliyev və Tomaş Leşinskidir.
İkihissəli dram məşhur ABŞ və Almaniya aktrisası və müğənnisi Marlen Ditrixin həyatından götürülüb.
Tamaşada baş rolu xalq artisti Amaliya Pənahova, digər rolları isə əməkdar artist Səmayə Sadıqova, aktyorlardan Tural Ağayev və Zülfiyyə Məmmədova oynayıblar
Qeyd edək ki, tamaşa böyük alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB