Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

1. Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdi
2. Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi
3. Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
4. Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
5. Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
6. İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
7. Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə