Misir Mərdanov əmr imzalayıb

Bakıda III Respublika muğam müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsi barədə əmr imzalayıb.

Gələn il fevralın 15-də müsabiqənin keçirilməsində məqsəd respublika muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaqdır. Müsabiqə vokal və instrumental musiqi nominasiyaları üzrə keçiriləcək.

Müsabiqənin qaliblərini müəyyən etmək Azərbaycan Milli Konservatoriyası və Konservatoriya nəzdində Musiqi Kollecinə tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə