Murad Hüseynov: \"Hazırda bütün dünyanın diqqəti Azərbaycandadır\"
\"Hazırda bütün dünyanın diqqəti Azərbaycandadır. Çünki Eurovision mahnı müsabiqəsinə ölkəmiz ev sahibliyi edir\". Bunu SİA-ya açıqlamasında əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bildirib.
M.Hüseynov bu müsabiqənin Azərbaycanda keçirilməsi bütün dünyada yaşayan azərbaycanlılar üçün mühüm mədəni hadisə olduğunu qeyd edib: \"Eldar və Nigarın Azərbaycana birincilik qazandırması bizim uğurumuz idi. Hazırda bütün dünyanın diqqəti Azərbaycandadır. "Eurovision- 2012" mahnı müsabiqəsi tarixdə öz möhtəşəmliyi ilə digərlərindən seçiləcək. Hər zaman olduğu ölkəmiz bu müsabiqəyə layiqli şəkildə hazır olacaq. Baxmayaraq ki, 4 ildir bu müsabiqədə iştirak edirik, ancaq hər dəfə yüksək yerlərə sahib oluruq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB