Arnold Şvartsenegger Kaliforniya Şöhrət zalına daxil edildi…

Digər məşhurlarla birlikdə...

...Qubernator Qevin Nyusom Kaliforniya Şöhrət Zalının yeni üzv qəbul edilməsini elan edib və bu, “Əsl yalanlar” filminin aktyor heyətinin birləşməsini qeyd edib.

Qeyd edilir ki, bu il Arnold Şvartsenegger və onun həmkarı Ceymi Li Körtis də üzv qəbul ediləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deadline yazır.

Olimpiya çempionları Karl Lyuis və Canet Lyuis, məşhur aşpaz Nobuyuki Matsuhisa və yazıçı Terri Makmillan da üzv qəbul ediləcək.

Təşkilatçıların sözlərinə görə, fəxri status “nailiyyətləri Kaliforniyanın dözümlülüyü və yaradıcılığı ruhunu təcəssüm etdirən qabaqcıllara” verilir və Los-Ancelesin qlobal mədəniyyət mərkəzi kimi rolunu vurğulayır.

Şvartsenegger 1960-cı illərin sonlarında Kaliforniyaya köçüb və o həmin vaxtlar artıq bodibildinq ulduzu idi. Aktyor, qubernator vəzifəsini icra etməzdən əvvəl (2003-2011) Hollivudun ən tanınan aktyorlarından biri olub - "Konan Barbar" və "Terminator"dan "Yırtıcı"ya qədər...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə