Əziz və dəyərli qardaşım, görkəmli və istedadlı şairimiz, Böyük ədəbiyyatşünas alim!

25-ci kitabın – “Bir Dəniz Su” işıq üzü görməsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu, sadəcə bir kitab deyil, bu, illərin zəhmətinin, düşüncənin, hissin və qələminin bəhrəsidir. Şeir – ruhun səsidir, sizin ruhunuzun səsi isə artıq 25 dəfə oxuculara yol tapıb.

Allah qələmini daha da iti, sözünü daha da hikmətli etsin. Yazdıqların könüllərə su kimi çatsın, “Bir Dəniz Su” kimi oxucuların ruhunu təmizləsin, ümid versin, nur bəxş etsin.

Rəbbim Sizə uzun ömür, möhkəm can sağlığı və daha neçə-neçə kitabların işıq üzü görməsini nəsib etsin. Qələminiz heç vaxt susmasın, ilhamınız tükənməsin.
Uğurlarınız bol, yolun açıq olsun!

Hörmətlə,
Bəxtiyar Hüseynov.

Bütün xəbərlər Facebook səhifəmizdə