Anok Yai ağciyər əməliyyatı haqqında açıqlama verir...

...Anok Yai ağciyər əməliyyatı səbəbindən müvəqqəti olaraq işdən fasilə verir.

SİA xəbər verir ki, 28 yaşlı model bu xəbəri sosial mediada açıqladı və xəstəxana otağından foto və videolar paylaşdı.

Yai doğuşdan bəri "ürək gərginliyinə və ağciyərlərin tədricən məhv olmasına" səbəb olan bir xəstəlikdən əziyyət çəkdiyini etiraf edib.

Bu il xəstəlik ağırlaşmalara səbəb oldub.

...Həyatımın çox hissəsində simptomsuz olan xəstəlik uzun müddət davam edən öskürəyə çevrildi, sonra sinə ağrılarına, qanla öskürməyə və bəzən nəfəs almaqda çətinlik çəkməyə səbəb oldu. Bununla mübarizə aparmaq qərarına gəldim, çünki tez bir zamanda "uyğun vaxt"ın olmayacağını - sağlamlığımın pisləşməyə davam edəcəyini anladım, - deyə model qeyd edib.

Yai paylaşımında Beverli Hills Konsyerj Sağlamlıq Mərkəzinin həkimlərinə və işçilərinə təşəkkür edib və pərəstişkarlarına özünü yaxşı hiss etdikdən sonra geri dönəcəyinə söz verdi.

Anoka tezliklə sağalmasını arzulayırıq və bu yaxınlarda Moda Mükafatlarında "İlin Modeli 2025" tituluna layiq görülməsinə səbəb olan karyerası haqqında düşünürük.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə