Ölkə teatrlarında dövlət sifarişi ilə 9 tamaşa hazırlanıb

2024-cü ildə ölkə teatrlarında dövlət sifarişi ilə 9 tamaşa hazırlanıb. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, il ərzində dövlət teatrlarının azad olunmuş ərazilərdə mütəmadi qastrol səfərlər həyata keçirilib.

2024-cü il ərzində dövlət teatrları Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Portuqaliya, Estoniya və Litvada qastrol səfərlərində olub.

Rusiya, Özbəkistan və Qırğızıstan teatr kollektivləri isə ölkəmizdə qastrol səfərində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə