Nyu Yorkdakı Metropolitan Opera və Milandakı La Skala teatrları Rusiya hakimiyyətinin təşkil etdiyi tədbirlərdə iştirak edən rusiyalı müğənni İldar Abdrazakovun çıxışlarını ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, 2023-24 mövsümündə Metropolitan Operada Cüzeppe Verdinin “The Force of Destiny” əsərində rus partiyası əvəzinə amerikalı opera müğənnisi Solomon Hovard çıxış edəcək.
İldar Abdrazakov “Rossiyskaya qazeta”ya müsahibəsində Vladimir Putini dəstəkləyən Anna Netrebko və Xibla Gerzmava ilə müqavilələrinə xitam verildikdən sonra teatrla münasibətlərini kəsdiyini bildirib. Metropolitan Operanın baş meneceri Peter Qelb “Associated Press”ə “Putinin tərəfdarlarının onun teatrının səhnəsində çıxış etdiyini bilsəydi, güzgüdə özünə baxa bilməzdi” -deyə bildirib.
Bundan əvvəl Avstriyanın “Opern News” nəşri Abdarazakovun Rusiya hakimiyyəti ilə yaxınlığı barədə yazıb. O, Sergey Şoyqunun yeni il şənliklərindən birində iştirak edib və burada müdafiə naziri ilə birlikdə “Moskva gecələri” ifa edib.
Keçən ilin mayında o, Qırmızı Meydanda 10 dəqiqəlik çıxışına görə təxminən 50 min dollar qazanıb və müstəntiqlərin fikrincə, sentyabrın əvvəlində büdcə pulu da daxil olmaqla, öz musiqi festivalını keçirib. Vladimir Putin festival iştirakçılarına şəxsi salamlarını çatdırıb. 2022-ci ildə müğənni hakimiyyət və onlara yaxın strukturların təşkil etdiyi bir neçə tədbirdə də iştirak edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB