“Od insanlar arasında sevgidir” - FİLOLOQ DANIŞDI

“Od çərşənbəsi də xalqımızın su çərşənbəsi kimi müqəddəsləşdirdiyi çərşənbədir. Qədim türklər hər zaman oda sitayiş edib, onu müqəddəşləşdiriblər. Od çərşənbəsində adətən bütün evlərdə od qalanır, ocaq yandırılır. İnanclara görə həmin gün əzizlərimiz dünyadan köçdüləri evlərə baş çəkirlər. O evdə ocaq yandığını gördükdə isə çox sevinirlər”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova bildirib. Onun sözlərinə görə, od çərşənbəsi həm də birlik və bərabərlik rəmzidir: “Od çərşənbəsində inanca görə oda nalayiq dualar edilməz, od su ilə söndürülməzdi.
Qədim zamanlarda bu çərşənbə zamanı nənələrimiz sac asardılar və bunu da odun külündən edərdilər. Buna səbəb isə odun bərəkəti idi.
Od insanlar arasında sevgidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə