Kukla teatrı Novruz bayramına necə hazırlaşır? - QURUM RƏSMİSİ AÇIQLADI
“Xalqımızın böyük sevgi və coşğu ilə qeyd etdiyi Novruz bayramı, eləcə də məktəblilərin yaz tətili günlərinə Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti də böyük həvəslə hazırlaşır. Adətən bayram münasibəti ilə bir tamaşa hazırlayıb hər gün onu bir neçə seansda nümayiş etdirən kuklaçılar bu il ənənəni pozaraq repertuardakı ən maraqlı tamaşalardan ibarət səhnə buketi hazırlayıb”. Bu sözləri SİA-ya açıqlamasında Kukla Teatrının mətbuat katibi Həmidə Nizamiqızı bildirib.
Onun sözlərinə görə, beləcə hər zövq və yaş qrupundan olan uşaq və yeniyetmələr maraqlı səhnə işləri arasında seçim edə biləcəklər: “Belə ki, martın 17-dən 26-dək hər gün 3 seans (12, 14, 16.00) olmaqla repertuardakı sevilən tamaşalar – “Qoğal”, “Ağca və yeddi Cırtdan”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Qırmızıpapaq”, “Düyməcik”, “Yeddi nar çubuğu”, “Durna balığı”, “Çipollino”, “Cırtdan”, “Tıq-tıq və Taq-taqın nağılı” və “Qızıl balıq” tamaşaları nümayiş olunacaq. Adətən saat 16.00 seansları rus dilində olacaq.
Xatırladaq ki, biletlərin qiyməti dəyişməz qalır (3 manat) və satış yalnız teatrın kassasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB