Beynəlxalq Muğam Mərkəzində Aleksey Miltıxın konserti olacaq
Martın 3-də Beynəlxalq Muğam Mərkəzində Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın konserti təşkil ediləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, “Solo” adlı konsert Aleksey Miltıxın istedadını qiymətləndirənlər üçün böyük hədiyyədir.
Dinləyicilər bu konsertin proqramına daxil edilmiş klassik və estrada əsərlərinin nəfisliyini, lirik nümunələrin zərifliyini duyacaq, rok improvizələrindən enerji alacaqlar.
Alekseyin yeni formatda birinci solo konsertinə getmək şansını qaçırtmayın.
Bakıdakı Rus Evinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutacaq konsertin təşkilatçısı StolitsA.rt saytıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB