“COP29 kimi beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Dubayda keçirilən COP28 konfransı zamanı 200-dən çox ölkə rəhbərinin yekdil qərarına əsasən COP29-un Azərbaycanda keçirilməsi qərara alındı. Bunun özü Azərbaycana olan böyük etimadın göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
O bildirib ki, bu Azərbaycanın beynəlxalq tədbirlərin həyata keçirilməsində üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə göstərilən etimaddır: "Digər tərəfdən isə son bir il ərzində COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar olaraq bir çox dairələrdə böyük anti-Azərbaycan kampaniyası aparılmağa başlandı. Hər zaman Azərbaycanda mötəbər tədbirlərin keçiriliyi ərəfədə Qərbin müəyyən dairələri tərəfindən ölkəmizə qarşı böhtan kampaniyaları aparılır. Son bir il ərzində isə Qərb mediasında COP-la bağlı müxtəlif formalarda anti-Azərbaycan kampaniyası aparılır. Bütün vasitələrlə COP29-un “boykot” olunmasına çalışdılar. Bu gün COP29-un Azərbaycanda ikinci günüdür və görünən odur ki, Qərbin niyyəti baş tutmadı. Çünki kifayət qədər mötəbər şəkildə konfrans öz işini davam etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB